Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda tələbələri aparan avtobus aşdı: xeyli yaralı var

Azərbaycanda tələbələri aparan avtobus aşdı: xeyli yaralı var


8-12-2016, 15:27. Yazar: Xeberaz
Azərbaycanda tələbələri aparan avtobus aşdı: xeyli yaralı var


Bakı-Quba yolunda avtobus aşıb. "Xəbəraz.az "-ın məlumatına görə, magistralın Sumqayıtdan keçən hissəsində "Ford Tranzit" markalı, 50 CF 170 dövlət qeydiyyat nişanlı avtobus aşıb. Nəticədə 42 yaşlı sürücü və 4 sərnişini yaralanıb.

Bildirilir ki, qəzaya düşən avtobus tələbələri aparırmış. Yaralanan tələbələrdən üçü qız, digəri isə oğlandır.

Faktla bağlı araşdırma aparılır.

Geri dön