Ana Sayfa > Karusel / Hadisə > Bakıda toya çağırılmamış gələn adamı döydülər

Bakıda toya çağırılmamış gələn adamı döydülər


7-12-2016, 12:01. Yazar: Xeberaz
Bakıda toya çağırılmamış gələn adamı döydülər


Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.

"Xəbəraz.az "report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayında qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. "Çağırılmamış qonaq" elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.
Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.
Faktla bağlı araşdırma aparılıb.


Geri dön