Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycan 2017-ci il dövlət büdcəsinin gəlir və xərclərini artırdı

Azərbaycan 2017-ci il dövlət büdcəsinin gəlir və xərclərini artırdı


6-12-2016, 14:54. Yazar: Xeberaz

Azərbaycan 2017-ci il dövlət büdcəsinin gəlir və xərclərini artırdı

13:37

Azərbaycan hökuməti 2017-ci il dövlət büdcəsinin parametrlərini artırıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, büdcənin gəlirləri 16 255 milyon manat, xərcləri 16 900 milyon manat həcmində proqnozlaşdırılır.

Nazir deyib: "Gələn il üçün icmal büdcənin gəlirləri 20 020 milyon dollar, xərcləri 21 267 milyon dollar həcmində proqnozlaşdırılır".

----------

12:07

Milli Məclisin plenar iclası başlayıb.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir.
Bunlar "2017-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasıdır.
Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq.
Geri dön