Ana Sayfa > Karusel / Hadisə > Bakıda toyda adam öldürən şəxs qaçıb – AXTARIŞ APARILIR

Bakıda toyda adam öldürən şəxs qaçıb – AXTARIŞ APARILIR


5-12-2016, 14:34. Yazar: Xeberaz
Bakıda toyda adam öldürən şəxs qaçıb – AXTARIŞ APARILIR


Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Qobustan qəsəbəsində baş vermiş qətllə bağlı məlumat yayıb. "Xəbəraz.az " nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 4-də Qaradağ rayonunun Qobustan qəsəbəsindəki "Qobustan" şadlıq sarayında qəsəbə sakini Vüsal Neymətov münaqişə zəminində həmyerlisi Fəxri Kərimova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş F.Kərimov orada ölüb.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Geri dön