Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Putin azərbaycanlı jurnalistə müsahibə verib-VIDEO

Putin azərbaycanlı jurnalistə müsahibə verib-VIDEO


4-12-2016, 15:13. Yazar: Xeberaz
Putin azərbaycanlı jurnalistə müsahibə verib-VIDEO


Rusiya prezidenti Vladimir Putin dekabrın 4-də azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Həftənin yekunları" verilişinin ("Итоги недели") qonağı olub.
"Xəbəraz.az " "Report"a istinadən xəbər verir ki, Putin müsahibə zamanı hazırda dünyada balansın tədricən bərpa olunduğunu, Rusiyanın beynəlxalq arenadakı bir çox tərəfdaşlarının beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başladıqlarını bildirib.
O qeyd edib ki, birqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar olub.
"Biz başqa ölçüdə yaşayırıq", - deyə o əlavə edib.
Prezident xatırladıb ki, Rusiya digər ölkələrin mövqelərinə hörmətlə yanaşır və bu, hətta o öz maraqlarını müdafiə edən zaman da belədir. Putin qeyd edib ki, Kreml eyni prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək.


Geri dön