Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya / Ekskluziv > İLAHƏ NİZAMİQIZI 3 İLLİK SUSQUNLUĞUNU POZDU: "KLİP+" – FOTOLAR

İLAHƏ NİZAMİQIZI 3 İLLİK SUSQUNLUĞUNU POZDU: "KLİP+" – FOTOLAR


4-12-2016, 11:20. Yazar: Xeberaz

İLAHƏ NİZAMİQIZI 3 İLLİK SUSQUNLUĞUNU POZDU: "KLİP+" – FOTOLAR
Aparıcı İlahə növbəti dəfə seçilməyi bacardı.


Aparıcı İlahə Nizamiqızı uzun müddətdən sonra yeni işlərinə start verib.
"Xəbəraz.az " -a bu haqda aparıcının özü xəbər verib: "Bildiyiniz kimi, xeyli vaxt idi ki, efirlərdə görünmürdüm. Lakin tədbirlər idarə edirdim. Yenidən işlərimin başına dönmüşəm. Belə ki, kanalların lideri LİDER TV-də yenidən fəaliyyətə başlamışam. Şou-biznes ailəmi ilə bağlı "Klip+" adlı yeni layihədə aparıcılıq edəcəm. Proqrama şou-biznes aləmindən qonaqlarım olacaq. Mən olan yerdə şou-biznes mütləq olmalıdır. Fikrimcə, maraqlı iş ərsəyə gətirə biləcəm. Verilişimin baxımlı olması üçün əlimdən gələni edəcəm. LİDER hər zaman öz çəkisini qoruyan bir kanal olub, baxımlılığı da göz önündədir. Biz istəyirik ki, bizim verilişə baxan tamaşaçı dincəlsin və rahatlıq tapsın. Layihənin rejissoru məşhur klipmeyker Nail Naiboğludur".

Qeyd edək ki, şou-biznes ailəmi ilə bağlı "Klip+" adlı verliş həftənin hər günü saat 23:30-da LİDER TV-də yayımlanacaq.

İLAHƏ NİZAMİQIZI 3 İLLİK SUSQUNLUĞUNU POZDU: "KLİP+" – FOTOLAR
İLAHƏ NİZAMİQIZI 3 İLLİK SUSQUNLUĞUNU POZDU: "KLİP+" – FOTOLAR
İLAHƏ NİZAMİQIZI 3 İLLİK SUSQUNLUĞUNU POZDU: "KLİP+" – FOTOLAR
Geri dön