Ana Sayfa > Karusel / Hadisə / Dünya > 100 milyon dollar dəyərində kokain ələ keçdi

100 milyon dollar dəyərində kokain ələ keçdi


4-12-2016, 10:50. Yazar: Xeberaz
100 milyon dollar dəyərində kokain ələ keçdi


Kolumbiyada 100 mln. dollar dəyərində kokain müsadirə edilib. "Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bu barədə Kolumbiya ordusunun 5-ci diviziyasının komandanı general Xorxe Umberto Xeres bildirib.

Onun sözlərinə görə, çəkisi iki tondan çox olan narkotik vasitə ABŞ, Kanada və Meksikaya göndərilməli imiş.

Qanunsuz yük paytaxt Boqotanın yaxınlığında yerləşən anbarda aşkarlanıb.

Əməliyyat zamanı hadisə yerində 5 meksikalı saxlanılıb. Müsadirə olunmuş yük Meksikanın "Los Setas" narkomafiyasına məxsus olub.
Geri dön