Ana Sayfa > Karusel / Hadisə > Telefon qovşağının rəisi bıçaqlandı - Bakıda

Telefon qovşağının rəisi bıçaqlandı - Bakıda


3-12-2016, 17:00. Yazar: Xeberaz
Telefon qovşağının rəisi bıçaqlandı - Bakıda


Bakıda Telefon Qovşağının rəisi qonşusu tərəfindən bıçaqlanıb.


"Xəbəraz.az "-ın Report-a itinadən xəbərinə görə, bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib.


Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.

Geri dön