Ana Sayfa > Karusel / Hadisə > Bakıda peşəkar oğru ələ keçdi – Eyni cinayəti 44 dəfə törədib

Bakıda peşəkar oğru ələ keçdi – Eyni cinayəti 44 dəfə törədib


3-12-2016, 14:07. Yazar: Xeberaz
Bakıda peşəkar oğru ələ keçdi – Eyni cinayəti 44 dəfə törədib


Bakıda oğurluqla məşğul olan şəxs ələ keçib.
"Xəbəraz.az " DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da Bakı şəhər sakini Rasim Vəliyevə məxsus mağazadan 24 ədəd mobil telefon, 2 ədəd noutbuk və yaddaş kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahin Hacıyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 31-dən noyabrın 22-dək olan müddətdə daha 3 mağazadan və 6 evdən pul, ərzaq məhsulları, tütün məmulatı, təmir-tikinti alətləri, 20 ədəd mobil telefon və aksessuarlarını oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
Geri dön