Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Müvəkkil Hüquq Mərkəzi vergi mədəniyyətinin inkişafı ilə bağlı sosial çarx hazırlayıb

Müvəkkil Hüquq Mərkəzi vergi mədəniyyətinin inkişafı ilə bağlı sosial çarx hazırlayıb

3-12-2016, 13:23. Yazar: Xeberaz
   Müvəkkil Hüquq Mərkəzi vergi mədəniyyətinin inkişafı ilə bağlı sosial çarx hazırlayıb

Dekabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində "Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi" layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.

"Xəbəraz.az " xəbər verir ki,layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi tərəfindən həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Səməd Vəkilov bildirib ki, layihənin əsas məqsədi açıq hökumətin təşviqi və vergi mədəniyyətinin təbliğidir.
Bununla bağlı layihə çərçivəsində sahibkarların hüquqi maarifləndirilməsi, açıq hökumətin təşviqi, sahibkarların sənədləşmə və mühasibatlıq sahəsində bilik və bacarıqlarının artırılması, vergi mədəniyyətinin təbliği, idxal və ixrac əməliyyatların aparılması üzrə hüquqi biliklərin artırılması və s. sahədə fəaliyyətlər həyata keçirilmişdir.

Səməd Vəkilov əlavə edib ki, layihə dövründə "Hüquqi əqdlər və mühasibatlıq” mövzusunda Gəncə, Bərdə, Masallı, Zaqatala, Cəlilabad, Tərtər və Qazaxda 100-ə yaxın sahibkarlar üçün təlimlər keçirilib.

Təlim-treninq nəzəri və praktik hissələrdən ibarət olmaqla "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və"Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzusunda aparılıb.
Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin əməkdaşı, baş dövlət vergi müfəttişi Samir Məmmədov çıxışında bildirib ki, təmsil etdiyi nazirlik tərəfindən vergi mədəniyyətinin inkişafı ilə bağlı mütəmadi fəaliyyətlər həyata keçirilir. Vergi mədəniyyətinin inkişaf etdirlməsində vətəndaş cəmiyyəti təşkilatları ilə yanaşı bələdiyyələrin də fəaliyyəti inkişaf etdilməlidir.
Sonra layihə çərçivəsində hazırlanan vergi mədəniyyətinin inkişafının artırılması ilə bağlı hazırlanan sosial çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən “Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu, Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri, “Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev, 20 yanvar cəmiyyətinin sədri Sultan Əzimzadə, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Yayım Assuriyasının prezidenti Yaşar Zeynalov, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmiraslanova və Jurnalist Qadınlar Assosiasiyasının sədri, İTV Yayım Şurasının üzvü Sevil Yusifova sosial çarx və layihə bağlı fikirlərini bildirərək, vergi mədəniyyətinin inkişafı, ictimai nəzarətin inkişaf etdirilməsi ilə bağlı təkliflərini irəli sürdülər.

Geri dön