Ana Sayfa > Karusel / Hadisə / Dünya > Hicabsız foto paylaşan qızın edamı tələb edilir

Hicabsız foto paylaşan qızın edamı tələb edilir


3-12-2016, 12:53. Yazar: Xeberaz
Hicabsız foto paylaşan qızın edamı tələb edilir


Səudiyyə Ərəbistanında hicabsız şəkil paylaşan qadın ölümlə hədələnib.

"Xəbəraz.az " xəbər verir ki, Mələk Əl Şəxri adlı gənc qız tvitterdə hicabsız fotosunu paylaşaraq, səhər yeməyinə getdiyini yazıb. Onun bu görüntüsü izləyiciləri qıcıqlandırıb və gənc xanımın edam edilməsini tələb ediblər. Hətta bəzi izləyicilər xanımın ünvanına daha sərt sözlər işlədərək, onun öldürülüb, cəsədinin itlərə atılmasını istəyiblər. Tənqid və hədələrdən sonra Mələk Əl Şəxri fotonu silmək məcburiyyətində qalıb.
Geri dön