Ana Sayfa > Karusel / Dünya / Maraqlı / M2 > 1200 illik vikinq üzüyündə “Allah” yazısı

1200 illik vikinq üzüyündə “Allah” yazısı


17-03-2015, 00:16. Yazar: Xeberaz
1200 illik vikinq üzüyündə “Allah” yazısı
Üzüyün bölgəyə ticarət yolu gətirildiyi zənn edilir.

İsveçdə aparılan arxeoloji qazıntılar zamanı IX əsrə aid qadın məzarından tapılmış üzük Skandinaviya və İslam dünyası arasında yaxın əlaqələrin olduğunu sübut edir.

Xeberaz.az Trend-ə istinadən xəbər verir ki, 1800-cü illərin sonlarında “Birka” adı ilə tanınan vikinq ticarət mərkəzində aparılmış qazıntılar zamanı gümüş üzük tapılmışdı. Üzərində ərəb hərfləri ilə “Allah üçün” və ya “Allaha” yazılan üzüyün ticarət malı olaraq satıldığı və bölgəyə bu yolla gətirildiyi zənn edilir.

Skandinaviya və Yaxın Şərq regionu arasında ən erkən ticarət əlaqələri 3400 il əvvələ gedib çıxır. Əsasən Misir və Mesopotamiyadan gətirilən ekzotik məhsullarla ticarət edildiyi güman edilir.
Geri dön