Ana Sayfa > Karusel / Hadisə > Bakıda xəstəxanada qayınana 5 aylıq hamilə gəlinini döydü, təhqir etdi

Bakıda xəstəxanada qayınana 5 aylıq hamilə gəlinini döydü, təhqir etdi


3-12-2016, 12:18. Yazar: Xeberaz
Bakıda xəstəxanada qayınana 5 aylıq hamilə gəlinini döydü, təhqir etdi


Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb.

"Report"un əldə etdiyi məlumata görə, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.

Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Geri dön