Ana Sayfa > Karusel / Hadisə > Güclü külək 50 yaşayış məntəqəsini işıqsız qoydu - Lerikdə

Güclü külək 50 yaşayış məntəqəsini işıqsız qoydu - Lerikdə


2-12-2016, 20:45. Yazar: Xeberaz

 Güclü külək 50 yaşayış məntəqəsini işıqsız qoydu - Lerikdə

Dağlıq Lerik rayonunda güclü külək əsib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək günorta saatlarından başlayıb və axşam daha da güclənib. Nəticədə rayonun yüksək gərginlikli Şingədulan ərazi elektrik paylayıcı xəttində 4 dayağın aşması ilə bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda ümumilikdə rayonun 50-dək kəndi işıqsız qalıb.

İcra rəsmisinin sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülür.


Geri dön