Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda 16 yaşlı qızın mədəsindən iynə çıxarılıb

Azərbaycanda 16 yaşlı qızın mədəsindən iynə çıxarılıb


2-12-2016, 16:00. Yazar: Xeberaz
Azərbaycanda 16 yaşlı qızın mədəsindən iynə çıxarılıb


Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən yad cisim xaric edilib.

RMDM-dən APA-ya verilən məlumata görə, Mərkəzin həkim-mütəxəssislərinin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılmış iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb.

Geri dön