Ana Sayfa > Karusel / İdman / M2 > “Qarabağ” və “Qəbələ”nin oyunlarında sükut olacaq

“Qarabağ” və “Qəbələ”nin oyunlarında sükut olacaq


2-12-2016, 10:51. Yazar: Xeberaz
“Qarabağ” və “Qəbələ”nin oyunlarında sükut olacaq
UEFA Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinin son turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

“Qarabağ” və “Qəbələ”nin oyunlarında sükut olacaq xəbər verir ki, Avropa klubları bununla Braziliyanın "Şapekoense" komandasının bir neçə gün öncə Kolumbiyada faciəvi təyyarə qəzasında həyatını itirən əməkdaşlarının və futbolçularının xatirəsini yad edəcəklər. Bu barədə UEFA qərar qəbul edib.

Qərara əsasən, Azərbaycanı Avroliqada təmsil edən "Qarabağ"la "Qəbələ" klublarının da oyunları bir dəqiqəlik sükutla start götürəcək.

Qeyd edək ki, dekabrın 8-də "Qarabağ" doğma meydanda İtaliyanın "Fiorentina" klubunu qəbul edəcəksə, "Qəbələ" səfərdə Almaniya "Maynts"ı ilə qarşılaşacaq.
Geri dön