Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Məşhurların Taleyi > Elza Seyidcahan məhkəməyə üz tutdu - ŞEİR DAVASI

Elza Seyidcahan məhkəməyə üz tutdu - ŞEİR DAVASI


2-12-2016, 10:44. Yazar: Xeberaz
Elza Seyidcahan məhkəməyə üz tutdu - ŞEİR DAVASI
Əməkdar artist Elza Seyidcahan onun adından şeir yazanları məhkəməyə verib.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, onun adından qazın, işığın qiymətinin qalxmasından bəhs edən şeir yazılıb: “Mənə məxsus olmayan, səviyyəsiz sözlər yazan cinayətkar, təxribatçı məhkəmə qarşısında cavab verəcək. Kim bu cür paylaşımlar edibsə, hamısı sübut kimi toplanılıb. İnsan gərək o qədər azğınlaşsın ki, başqasının adından böhtan dolu şeirlər yazsın. Elza Seyidcahanın təmiz adına ləkə gətirmək istəyirlər. Niyə? Qanun sizi layiqli yerdə otuzduracaq”.
Geri dön