Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda dəhşət: ata 18 yaşlı qızını ürəyindən bıçaqladı

Azərbaycanda dəhşət: ata 18 yaşlı qızını ürəyindən bıçaqladı


1-12-2016, 18:01. Yazar: Xeberaz
Azərbaycanda dəhşət: ata 18 yaşlı qızını ürəyindən bıçaqladı

Bu gün Salyan rayonunda qətl törədilib."Xəbəraz.az "-ın məlumatına görə, rayonun Xurşud kəndindəki fərdi yaşayış evində 1998-ci il təvəllüdlü Hüseynova Fərqanə Rauf qızının meyiti tapılıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

İlkin məlumatda 18 yaşlı qızı qardaşı, 1999-cu il təvəllüdlü Əkbər Əsədov tərəfindən bıçaqlandığı bildirilirdi. Ə.Əsədov saxlanılmışdı.

Sonrakı araşdırmalar nəticəsində F.Əsədovanın atası tərəfindən öldürüldüyü müəyyən edilib və Rauf Əsədov da saxlanılıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinyət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi iləcinayət işi açılıb, araşdırma aparılır.

Geri dön