Ana Sayfa > Karusel / Siyasət / Dünya > Ərdoğan: "Dağlıq Qarabağda olduğu kimi Suriya və İraqda da..."

Ərdoğan: "Dağlıq Qarabağda olduğu kimi Suriya və İraqda da..."


1-12-2016, 17:57. Yazar: Xeberaz
Ərdoğan: "Dağlıq Qarabağda olduğu kimi Suriya və İraqda da..."


Türkiyə Dağlıq Qarabağda, Əfqanıstanda, Kiprdə və Balkan ölkələrində olduğu kimi Suriya və İraqda da zorakılığa qarşıdır.
"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, heç kim Türkiyəyə regiondakı hadisələrə müdaxilə etməməli olduğunu demək hüququna sahib deyil: "Hələbdə bombardman zamanı həlak olan uşaqlar üçün göz yaşı tökən hər bir ana və ata bizim bacı və qardaşlarımızdır. Mosulda, Təl-Afarda və digər şəhərlərdə terror təşkilatlarından zərər çəkən insanlar bizim ailəmizin üzvləridir".




Geri dön