Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanlı Rusiyada 31 dərəcə şaxtada aclığa başladı – UŞAQLARIYLA BİRGƏ

Azərbaycanlı Rusiyada 31 dərəcə şaxtada aclığa başladı – UŞAQLARIYLA BİRGƏ


1-12-2016, 11:28. Yazar: Xeberaz
Azərbaycanlı Rusiyada 31 dərəcə şaxtada aclığa başladı – UŞAQLARIYLA BİRGƏ



Rusiyanın Novıy Urenqoy şəhərində azərbaycanlı Musa Məmmədov aclığa başlayıb. "Xəbəraz.az "-ın məlumatına görə, Musa iki uşağıyla bərabər şəhər meriyasının qarşısında, öz maşınında aksiya keçirir.
Məlumata görə, aksiyaya səbəb onun yaşadığı mənzildə istiliyin və işığın kəsilməsidir.
Məmmədov 1998-ci ildə şəhərin Zvyozdnı küçəsi, 57 ünvanında işlədiyi yerdən ev verilib. Özü və iki uşağı Rusiya vətəndaşı olsa da, həyat yoldaşı Elza Azərbaycan pasportu daşıyır. Yerli məhkəmə isə bunu əsas gətirərək qeyri-qanuni şəkildə mənzilin orderini ləğv edib. Mənzildən çıxmayan Məmmədovları isə yerli meriya onların telekommunikasiya xətlərini kəsməklə cəzalandırıb. Şaxtalı havada yaşamağın mümkün olmadığını görən, Məmmədovlar indi Musanın maşınına yığışıblar.



Musanın dediyinə görə, dəfələrlə müraciət etməlsinə baxmayaraq, nə Azərbaycan səfirliyi, nə də Yekaterinburqdakı konsulluq ona kömək etmir.
Onu da qeyd edək ki, bu dəqiqələrdə Novıy Urenqoyda 31 dərəcə şaxta var.

Geri dön