Ana Sayfa > Karusel / Hadisə > Bakı sakini yanaraq öldü

Bakı sakini yanaraq öldü


1-12-2016, 11:27. Yazar: Xeberaz
Bakı sakini yanaraq öldü


Bakıda yaşayış evi yanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində iki otaqlı ev 40 kv/m sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1973-cü il təvəllüdlü Tofiq Rəfibəy oğlu Səfibəyovun tüstüdən boğulmuş meyiti aşkarlanıb.




Faktla bağlı araşdırma aparılır.


Geri dön