Ana Sayfa > Karusel / Hadisə > İşdən çıxarılan yol polisinə vəzifə verildi

İşdən çıxarılan yol polisinə vəzifə verildi


30-11-2016, 19:24. Yazar: Xeberaz
İşdən çıxarılan yol polisinə vəzifə verildi



Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Zaur Cəfərov yeni vəzifəyə təyin edilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Zaur Cəfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
O, artıq bir həftədir yeni işinin icrasına başlayıb.
Qeyd edək ki, Zaur Cəfərov ötən il daxili işlər nazirinin əmri ilə Səbail rayon DYP-nin rəisi vəzifəsindən azad edilmişdi. Buna səbəb isə araşdırma zamanı onun ilin yarıdan çoxunu xarici ölkələrdə olması faktının üzə çıxması idi.
Əlavə edək ki, Zaur Cəfərovun atası da daxili işlər orqanlarında yüksək vəzifə tutub. (avtosfer.az)
Geri dön