Ana Sayfa > Karusel / Hadisə / Dünya > Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək

Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək


30-11-2016, 16:09. Yazar: Xeberaz
Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək


Türkiyənin Tuncəli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib.

"Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Abidənin nə vaxt söküləcəyi açıqlanmayıb.

Xatırladaq ki, üzərində ""Erməni soyqırımı"nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində "erməni soyqırımı" davam edir" sözləri yazılmış abidənin açılışı bu il aprelin 26-da olub.

Mərasimə Fransa və Yunanıstandan erməni diasporu nümayəndələri qatılıblar.

Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.
Geri dön