Ana Sayfa > Karusel / İdman > "Hakimlik barədə ümumən danışmaq istəmirəm" - Qurban Qurbanov

"Hakimlik barədə ümumən danışmaq istəmirəm" - Qurban Qurbanov


29-11-2016, 23:38. Yazar: Xeberaz
"Hakimlik barədə ümumən danışmaq istəmirəm" - Qurban Qurbanov


"Çempionatın ən maraqlı oyunlarından birinin şahidi olduq. Futbolçularımı gözəl oyna görə təbrik edirəm. Azarkeşlərimizə də çox sağ ol deyirəm. Hiss olunurdu ki, "Qəbələ" komandası qaib gəlmək istəyir. Onlara gələcək oyunlarda uğurlar arzulayıram".

"Xəbəraz.az " sportarena.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 13 turunda keçirilmiş "Qarabağ" - "Qəbələ" matçından sonra "köhlən atlar"ın baş məşqçisi Qruban Qurbanov deyib.

Baş məşqçi hakimliklə bağlı bunları deyib:
"Hakimlik barədə ümumən danışmaq istəmirəm. Belə oyunları idarə etmək çətin olur. Qəbələdə məğlub olduğumuz matçı da bu hakim idarə etmişdi. Ümumi narazılıq mən tərəfdən də oldu, rəqib tərəfdən də".


Geri dön