Ana Sayfa > Karusel / Hadisə / Dünya > Kolumbiyada təyyarə qəzasında 21 jurnalist ölüb

Kolumbiyada təyyarə qəzasında 21 jurnalist ölüb


29-11-2016, 23:36. Yazar: Xeberaz
Kolumbiyada təyyarə qəzasında 21 jurnalist ölüb


Kolumbiyada təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.

"Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın "Atletiko Nasional" klubu ilə oyuna yollanan Braziliyanın "Şapekoense" futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur.


Geri dön