Ana Sayfa > Karusel / Siyasət / Dünya > İsrail liderindən azan açıqlaması: Qarşıyam

İsrail liderindən azan açıqlaması: Qarşıyam


29-11-2016, 19:18. Yazar: Xeberaz
İsrail liderindən azan açıqlaması: Qarşıyam


Azanın səsgücləndiricilər vasitəsilə oxunması əleyhinə nəzərdə tutulan qanun layihəsinə qarşıyam.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri İsrail Prezidenti Reuvel Rivlin müsəlman xadimlərlə görüşündə deyib.

“Belə qanuna ehtiyac yoxdur. İsrail dini etiqad azadlığına hörmət edən dövlətdir. Ölkədə bütün dini azlıqlar sərbəst şəkildə ibadət etməlidir”, - prezident bildirib.

Qeyd edək ki, Knessetdə (İsrail Parlamenti) azanın məscidlərdə səsgücləndiricilər vasitəsilə oxunması əleyhinə nəzərdə tutulan qanun layihəsi gündəmə gətiriləcək.
Geri dön