Ana Sayfa > Karusel / Hadisə / Bizim seçim > Kərbəla ziyarətinə gedən 3 zəvvarımız dünyasını dəyişib

Kərbəla ziyarətinə gedən 3 zəvvarımız dünyasını dəyişib


29-11-2016, 11:30. Yazar: Xeberaz
Kərbəla ziyarətinə gedən 3 zəvvarımız dünyasını dəyişib



Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 3 nəfər dünyasını dəyişib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə report-a ziyarətdən qayıdan zəvvarlar məlumat veriblər.
Onların sözlərinə görə, gənc zəvvarlardan biri Kərbəla şəhərində yaranmış izdiham zamanı ayaq altında qalaraq dünyasını dəyişib. Daha iki zəvvar isə ayrı-ayrı vaxtlarda vəfat edib.
Bundan başqa, azərbaycanlı zəvvarların olduğu avtobuslardan biri qəza təhlükəsi ilə üzləşib. Belə ki, qarşıdan gələn minik avtomobillərindən biri avtobusun yoluna çıxıb. Lakin sürücünün peşəkarlığı səbəbindən qəza təhlükəsi sovuşub. Xoşbəxtlikdən, hadisə zamanı ağır xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları gəliblər.

Geri dön