Ana Sayfa > Karusel / Hadisə > Lənkəranda FACİƏ: 1-ci sinif şagirdi dərsdə dünyasını dəyişdi

Lənkəranda FACİƏ: 1-ci sinif şagirdi dərsdə dünyasını dəyişdi


29-11-2016, 10:59. Yazar: Xeberaz
Lənkəranda FACİƏ: 1-ci sinif şagirdi dərsdə dünyasını dəyişdi


Noyabrın 28-i günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib.
"Xəbəraz.az " xəbər verir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib.
Məktəbə çağırılan "təcili yardım" həkimlərinin ilkin müdaxiləsindən sonra qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, qan qusduğundan dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, X.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, X.Ağayeva ailənin tək övladı olub və anası həmin məktəbdə müəllimə işləyir. Son zamanlar uşağın səhhətində problemlər yaransa da, xəstəliyinə dəqiq diaqnoz qoyulmayıb. (Report)
Geri dön