Ana Sayfa > Karusel / Hadisə > Bu gecə Bakıda iki nəfər özünü öldürdü

Bu gecə Bakıda iki nəfər özünü öldürdü


29-11-2016, 10:45. Yazar: Xeberaz
Bu gecə Bakıda iki nəfər özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib. "Xəbəraz.az "-ın məlumatına görə, bu gecə saat 05 radələrində 1992-ci ildə anadan olmuş, Səbail rayonu, Badamdar qəsəbəsi S.İbrahimxəlilov küçəsi, ev 16 ünvanında yaşayan Şirinov Samid Arif oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib.


Bundan başqa Xətai rayon Cavanşir küçəsi ev 21, mənzil 96 ünvanında yaşayan 1948-ci il təvəllüdlü Əliyev Zakir Vəli oğlu Əliyev yaşadığı evdə damarlarını doğrayaraq intihar edib.


Hər iki intihar faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön