Ana Sayfa > Karusel / Hadisə > İki bacı dəm qazından zəhərləndi, onlardan biri öldü

İki bacı dəm qazından zəhərləndi, onlardan biri öldü


28-11-2016, 11:07. Yazar: Xeberaz
İki bacı dəm qazından zəhərləndi, onlardan biri öldü


Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Xətai rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Qumru Əlirza qızı Qurbanova və bacısı, 1960-cı il təvəllüdlü Gülnar Əlirza qızı Qurbanova yaşadığı evdə dəm qazından zəhərləniblər. Q.Qurbanova ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (apa)
Geri dön