Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Gədəbəydə avtobus aşdı: Ölən və yaralılar var

Gədəbəydə avtobus aşdı: Ölən və yaralılar var


27-11-2016, 09:37. Yazar: Xeberaz
Gədəbəydə avtobus aşdı: Ölən və yaralılar var
Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.

Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən KAvZ markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb. Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön