Ana Sayfa > Karusel / Siyasət / Müsahibə > Putinin tarixi müsahibəsi: Bəli, kəşfiyyatçıyam
Putinin tarixi müsahibəsi: Bəli, kəşfiyyatçıyam26-11-2016, 19:17. Yazar: Xeberaz |
Rusiya Dövlət Başçısı Vladimir Putinin 1992-ci ildə mətbuata verdiyi ilk müsahibənin görüntüləri yayılıb. "Xəbəraz.az " xəbər verir ki, mərhum jurnalist və rejissor İqor Şadhan o zaman Sankt-Peterburq Bələdiyyəsinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Putindən təsadüfən müsahibə götürmüşdü. Jurnalistin suallarını cavablandıran Putin ilk dəfə ixtisaslı kəşfiyyatçı olduğunu demişdi: “39 yaşındayam. Ailəliyəm. 2 uşağım var”. Şadhanın sözlərinə görə, jurnalistika tarixində ilk dəfə bir məmur kəşfiyyatçı olduğunu etiraf etmişdi: “Müəllimlər şagirlərinin akademik, professor olması ilə fəxr edir. Mənim də qəhrəmanlarımdan biri prezident oldu”. Qeyd edək ki, jurnalist həmin ərəfələrdə müsahibənin efirdə yayımlanmasını istəməsə də, sonradan fikrini dəyişir. Geri dön |