Ana Sayfa > Karusel / İdman / Foto-fakt > FHN-də güləş çempionatı yekunlaşdı - FOTO

FHN-də güləş çempionatı yekunlaşdı - FOTO


26-11-2016, 01:34. Yazar: Xeberaz
FHN-də güləş çempionatı yekunlaşdı - FOTO
Noyabrın 24-25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçiləri həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilib.
FHN-dən bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışda nazirliyin 13 qurumundan 80-dək idmançı mübarizə aparıb.
Olimpiya sistemi üzrə 8 çəki dərəcəsində keçirilmiş yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda şəxsi birincilikdə Cabbar Əliyev (57 kq, Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX), Cəlal Süleymanov (61 kq, XRXX), Namiq Sövdümzadə (65 kq, İSK), Fariz Məmmədov (70 kq, DYMX), Elmir Qəmbərov (74 kq, XRXX), Sübhan İsmayılov (86 kq, XRXX), Elman Qasımov (97 kq, DYMX) və Səbuhi Hümbətov (125 kq, XRXX) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Komanda hesabında birinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin idmançıları layiq görülüblər. Dövlət Yanğından Mühafizə Xidmətinin təmsilçiləri ikinci, FHN Akademiyasının komandası isə üçüncü yeri tutub.
Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək qaliblərə təbriklərini çatdırıb, onlara gələcək yarışlarda uğurlar arzulayıb. O, artıq altıncı dəfədir keçirilən sərbəst güləş üzrə çempionatın bundan sonra ənənəvi olaraq təşkil ediləcəyini bildirib.
Sonda qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.

FHN-də güləş çempionatı yekunlaşdı - FOTO
FHN-də güləş çempionatı yekunlaşdı - FOTO
FHN-də güləş çempionatı yekunlaşdı - FOTO
FHN-də güləş çempionatı yekunlaşdı - FOTO
Geri dön