Ana Sayfa > Karusel / Hadisə / M2 > Ağdamda maşın 61 yaşlı kişini sürüyə-sürüyə öldürdü - VİDEO

Ağdamda maşın 61 yaşlı kişini sürüyə-sürüyə öldürdü - VİDEO


26-11-2016, 01:02. Yazar: Xeberaz
Ağdamda maşın 61 yaşlı kişini sürüyə-sürüyə öldürdü - VİDEO
Ağdamda avtomobil piyadanı vuraraq öldürüb.
"Xəbəraz.az " xəbər verir ki, yol qəzası rayonun Çəmənli kəndi ərazisində baş verib.
Vəliyev Razi Sabir oğlu idarə etdiyi "Lada" avtomobili ilə yolun kənarı ilə hərəkət edən kənd sakini, 1955-ci il təvəllüdlü Əsgərov Mehdi Soltan oğlunu vuraraq öldürüb.
Hadisə yerində olan şahidlərin dediyinə görə, sürücü yolun hərəkət istiqamətinin əksində avtomobili idarə edib və qarşıdan gələn piyadanı vurub. M.Əsgərov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (apa)
Geri dön