Ana Sayfa > Karusel / Hadisə > Bakıda FACİƏ - Müalicə edilən 23 yaşlı oğlan öldü

Bakıda FACİƏ - Müalicə edilən 23 yaşlı oğlan öldü


25-11-2016, 18:23. Yazar: Xeberaz
Bakıda FACİƏ - Müalicə edilən 23 yaşlı oğlan öldü


Bakıda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində vəfat edib.
"Xəbəraz.az " xəbər verir ki, əslən Gəncədən olan və Xəzər rayonunda yaşayan 1993-cü il təvəllüdlü Bənicəlali Sənan Əliağa oğlu 3 saylı şəhər klinik xəstəxanasında vəfat edib. Şok vəziyyətində reanimasiyaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

S.Bənicəlalinin zəhərləndiyi ehtimal edilir. Bildirilir ki, bir neçə gün əvvəl o, Maştağadakı 1 nömrəli Psixiatriyada müalicə olunubmuş.

Araşdırma aparılır.




Geri dön