Ana Sayfa > Karusel / Siyasət / Dünya > Saakaşvili xalqı meydana səslədi - Poroşenkoya “qırmızı vərəqə”

Saakaşvili xalqı meydana səslədi - Poroşenkoya “qırmızı vərəqə”


25-11-2016, 17:03. Yazar: Xeberaz

Saakaşvili xalqı meydana səslədi - Poroşenkoya “qırmızı vərəqə”

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna xalqını hakimiyyətə etiraz etməyə səsləyib.

"Xəbəraz.az "xəbər verir ki, siyasətçi ukraynalılara şəxsi Feysbuk hesabından çağırış edib. O, dəyişiklik gözləməkdən yorulduğunu deyib. M.Saakaşvili "Ukraynanın taleyini düşünən hər kəsi bu bazar hakimiyyətə qırmızı vərəqə göstərmək üçün meydana dəvət edirəm. Bu iki il ərzində Ali Rada göstərdi ki, Ukraynanın çox əhəmiyyətli problemlərini həll etmək iqtidarında deyil və bunu istəmir. Maydanın heç bir tələbi yerinə yetirilmədi. Necə oğurluq edirdilərsə, elə də davam edirlər. Biz mövcud konstitusiya çərçivəsində yeni seçkilər tələb edirik. Bu qış onların Radadakı son qışı olmalıdır. Mütləq gəlin" ifadələrini işlədib.




Geri dön