Ana Sayfa > Karusel / Hadisə > Bakıda xəstəxanada İNTİHAR: özünü binadan atdı

Bakıda xəstəxanada İNTİHAR: özünü binadan atdı


25-11-2016, 16:52. Yazar: Xeberaz
Bakıda xəstəxanada İNTİHAR: özünü binadan atdı


Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar hadisəsi baş verib.

"Xəbəraz.az "report-a istinadən xəbər verir ki, 64 yaşlı Yuriy Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı report-a təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb:

"Lakin Yuriy Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb".
Onun meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön