Ana Sayfa > Karusel / Hadisə / Dünya > İŞİD iranlı zəvvarlara hücum etdi: 100 ölü - YENİLƏNİB

İŞİD iranlı zəvvarlara hücum etdi: 100 ölü - YENİLƏNİB


24-11-2016, 22:59. Yazar: Xeberaz
İŞİD iranlı zəvvarlara hücum etdi: 100 ölü - YENİLƏNİB


22:32

Bağdaddan yüz kilometr aralıda yerləşən Babil əyalətinin inzibati mərkəzi Əl-Xillə şəhərindəki yanacaqdoldurma məntəqəsində yük maşınının partladılması nəticəsində həlak olanların sayı 100 nəfərə yaxınlaşıb.

"Xəbəraz.az " AZƏRTAC-a istinadən bildirir ki, terror aktı qurbanlarının əksəriyyəti iranlı zəvvarlardır. Onlar Kərbəlada keçirilən dini mərasimdən qayıdırdılar. Partlayış zamanı məntəqədə zəvvarlarla dolu bir neçə avtobus olub.

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb. Qruplaşmanın yaydığı bəyanatda partlayış nəticəsində 200-dək insanın öldüyü bildirilir.

22:18

İraqın paytaxtı Bağdad şəhərində bomba partlaması nəticəsində 80 nəfərdən çox insan ölüb.
"Xəbəraz.az " bildirir ki, onların əksəriyyəti iranlı şiə ziyarətçilərdir, rəsmilər bildirir.
Partlayış paxtaxtın cənubunda " Əl Hilla" restoranın yaxınlığındakı benzindoldurma stansiyasının yaxınlığında olub.
Qurbanların çoxu Kərbəla şəhərindən Ərbəin ziyarətindən qayıdan iranlılar və bəhreynlilər olub.
Partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb.
Qrupa bağlı Amaq agentliyi bildirib ki, ölənlərin və yaralıların sayı 200-ə yaxındır.
Zəvvarlar məhərrəmliyin 40-cı gününü qeyd edərək Kərbəladan qayıdırdılar.



Geri dön