Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Məşhur fotoqraf lüt insanları... - FOTOLAR

Məşhur fotoqraf lüt insanları... - FOTOLAR


24-11-2016, 17:31. Yazar: Xeberaz
Məşhur fotoqraf lüt insanları... - FOTOLAR

Soyuq və dumanlı səhər idi. Şəhərin qədim hissəsində lüt qadınlar peyda olanda, San-Miqel-de-Alende sakinləri hələ yatırdılar. Meksikanın və ABŞ-ın müxtəlif hissələrindən gələn, 20 yaşından 60 yaşına kimi 110 qadın 2 saat ərzində fotoqraf Spenser Tunikanın əmrini yerinə yetirmək üçün gözləyirdilər. Fotoqraf lüt insanlardan monumental art-installasiya düzəltməyi ilə məşhurdur. Belə layihələri o, dünyanın müxtəlif yerlərində edib.
Çəkdiyi fotolarda lüt insanların anonimliyi qorunur, onların seksuallığı isə abstraksiyaya çevrilir.
Amerikalı fotoqraf Spenser Tunik lüt insanları ilk dəfə 1992-ci ildə çəkməyə başlayıb. Əvvəlcə o, Nyü-York şəhərinin küçələrində tək gedən siluetləri çəkirdi. Daha sonra fotolardakı insanlar artdı və Tunik artıq layihələri üçün yeni ideyalar və məkanlar fikirləşməyə başladı.
Onun layihələrində ən azı 2000 adam iştirak edir. Ümumiyyətlə lüt “model” tapmaq üçün o heç vaxt əziyyət çəkməyib. Onun layihələrində yer almaq istəyənlər kifayət qədərdir. Məsələn, Barselonada o, 7000 nəfər yığa bilib, Ohayo ştatında isə 3000 min.
2007-ci ildə Spenser Tunik indiyə qədər heç kəsi edə bilmədiyini edib. Onun layihəsində 18 000 lüt insanın iştirak edib.
"Xəbəraz.az " publika.aza istinadən fotoqraf Spenser Tunikin indiyə qədər çəkdiyi fotolarının ən maraqlılarını təqdim edir.

Məşhur fotoqraf lüt insanları... - FOTOLAR
Məşhur fotoqraf lüt insanları... - FOTOLAR
Məşhur fotoqraf lüt insanları... - FOTOLAR
Məşhur fotoqraf lüt insanları... - FOTOLAR
Məşhur fotoqraf lüt insanları... - FOTOLAR
Geri dön