Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Abasqulu bəyin nəslindən olan qadın faciəvi şəkildə öldü - YENİLƏNİB

Abasqulu bəyin nəslindən olan qadın faciəvi şəkildə öldü - YENİLƏNİB


24-11-2016, 12:00. Yazar: Xeberaz
Abasqulu bəyin nəslindən olan qadın faciəvi şəkildə öldü - YENİLƏNİB


Bu gecə Bərdə rayonunda baş vermiş dəhşətli yanğında vəfat etmiş 77 yaşlı Sülhiyyə Şadlinskayanın tanınmış azərbaycanlı ictimai xadim, Qərbi Azərbaycanda böyük nüfuz sahibi olmuş Abasqulu bəy Şadlinskinin nəslindən olduğu məlum olub. "Xəbəraz.az "-ın məlumatına görə, mərhumun atası Bilman Şadlinski Abasqulu bəyin qardaşı oğlu olub və pedoqoji fəalliyəti ilə tanınıb.


Yanğın hadisəsi ilə bağlı aidiyyatı qurumlar araşdırma aparır.

*****

09:44

Bərdədə yaşayış evində güclü yanğın baş verib.

"Xəbəraz.az "-ın FHN-nin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.


Geri dön