Ana Sayfa > Karusel / Hadisə > “İnter”in futbolçularını daşıyan mikroavtobus yandı - Siyəzəndə

“İnter”in futbolçularını daşıyan mikroavtobus yandı - Siyəzəndə


24-11-2016, 11:42. Yazar: Xeberaz
“İnter”in futbolçularını daşıyan mikroavtobus yandı - Siyəzəndə


Bakı-Quba yolunda avtomobil yanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Geri dön