Ana Sayfa > Karusel / Hadisə > "Opel" yük maşınına çırpıldı: 3 ölü

"Opel" yük maşınına çırpıldı: 3 ölü


24-11-2016, 10:48. Yazar: Xeberaz
"Opel" yük maşınına çırpıldı: 3 ölü

Baki-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az "-ın xəbərinə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:43-də başa çatıb.
Geri dön