Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda yaşayış binasında yanğın: 1 ölü, 10 sakin təxliyə olundu

Sumqayıtda yaşayış binasında yanğın: 1 ölü, 10 sakin təxliyə olundu


24-11-2016, 10:44. Yazar: Xeberaz
Sumqayıtda yaşayış binasında yanğın: 1 ölü, 10 sakin təxliyə olundu

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb.
"Xəbəraz.az "ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Geri dön