Ana Sayfa > Karusel / Hadisə > 26 yaşlı qadını döyərək qabırğasını sındırıblar - ŞƏMKİRDƏ

26 yaşlı qadını döyərək qabırğasını sındırıblar - ŞƏMKİRDƏ


21-11-2016, 22:08. Yazar: Xeberaz
26 yaşlı qadını döyərək qabırğasını sındırıblar - ŞƏMKİRDƏ


Şəmkirdə 26 yaşlı qadın döyüldü.
"Xəbəraz.az " ARB Kəpəz-ə istinadən xəbər verir ki, Şəmkirdə döyülmə hadisəsi baş verib.

Rayonun Ağ ev qəsəbəsinin sakini 26 yaşlı Azema Əliyeva naməlum şəraitdə döyülüb. Zərərçəkən qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona 9 və 10-cu qabırğalarının sınığı diaqnozu qoyulub. Yaralıya tibbi yardım göstrilib, xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

---------

21:38

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, rayonun Ağ ev qəsəbəsində kirayədə yaşayan 1990-cı il təvəllüdlü Azima Əliyeva qabırğaların sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının dediyinə görə, o, işlədiyi yeməkxananın müdiri tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön