Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Həkimlərə müjdə - MAAŞLARI ARTIRILACAQ - VİDEO

Həkimlərə müjdə - MAAŞLARI ARTIRILACAQ - VİDEO


21-11-2016, 22:03. Yazar: Xeberaz
Həkimlərə müjdə - MAAŞLARI ARTIRILACAQ - VİDEO


İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər daha da sürətləndirilib. Məlumdur ki, sığorta ilə bağlı baza zərfi hazırlanaraq nazirlər kabinetinə təqdim edilib. Baza zərfinə 1800-ə yaxın tibbi müayinə və müalicə posedurları daxil edilib. Xəstəxanalara müraciətlər çoxalacağından həkimlərin maaşında artımlar olacaq.

İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra həkimlərin, eləcə də orta tibb işçilərinin maaşlarında artımların olacağı gözlənilir. "Xəbəraz.az "xezerxeber.com-a istinadən bildirir ki, göstərdiyi xidmətin müqabilində həkimlər bonus əldə edəcək.

İcbari tibbi sığorta sisteminin tətbiqi zamanı ilk seçim Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanaları arasında aparılacaq. Sonradan agentliyin tələblərinə cavab verəcək özəl klinikalar da icbari tibbi sığorta xidmətini göstərə biləcəklər. Maaşların nə qədər artacağını söyləmək çətindir.

İcbari Tibbi sığorta üzrə dövlət agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyir ki, bu yanaşma həkimlərin işlərinin keyfiyyətini gündəmə gətirəcək.

İcbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək.




Geri dön