Ana Sayfa > Karusel / Hadisə / Dünya > Azərbaycanlı satıcı ondan pulsuz şaurma tələb edən kişini öldürdü - FOTO

Azərbaycanlı satıcı ondan pulsuz şaurma tələb edən kişini öldürdü - FOTO


21-11-2016, 22:01. Yazar: Xeberaz
Azərbaycanlı satıcı ondan pulsuz şaurma tələb edən kişini öldürdü - FOTO


Rostovda satıcı ondan şaurmanı (Şərq fast-fudası) pulsuz tələb edən kişini öldürüb.
"Xəbəraz.az " virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hadisənin şahidləri danışıblar ki, noyabrın 19-da, gündüz, bir balaca içmiş kişi Lenin küçəsində yerləşən kioskdakı satıcı ilə mübahisə edib.

Qalmaqal səbəb alıcının aldığı şaurmanın pulunu ödəmək istəməməsi olub.

Alıcının israr etdiyini görən satıcı- Azərbaycandan olan 26 yaşlı Aslan Sadıx ət doğradığı bıçağı götürərək onu alıcının sinəsinə saplayıb.

Sonra da öz dostunun müşayiəti ilə hadisə yerini tərk edib.

Polis hazırda cinayətkarı axtarır.

Azərbaycanlı satıcı ondan pulsuz şaurma tələb edən kişini öldürdü - FOTO
Geri dön