Ana Sayfa > Karusel / Şou-Biznes > Populyar saz ifaçısı Fəzail Miskinli solo konsert verecek

Populyar saz ifaçısı Fəzail Miskinli solo konsert verecek


21-11-2016, 19:52. Yazar: Xeberaz
Populyar saz ifaçısı  Fəzail Miskinli solo konsert verecek

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində tanınmış saz ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli aşıq musiqisindən ibarət solo konsert proqramı ilə çıxış edəcək.

"Xəbəraz.az " -ın məlumatına görə “Qərinələrdən gələn sazım” adlı konsert proqramında sənətkar aşıq musiqi nömrələri ilə yanaşı, xalq və bəstəkar mahnıları da ifa edəcək.

Qeyd edək ki, aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan F.Miskinli Türkiyə, Almaniya, İspaniya, Fransa və Macarıstanda keçirilən müxtəlif festivallarda Azərbaycanı xalq musiqisinin ifaçısı kimi təmsil edib. O, eyni zamanda Türkiyədə keçirilən Uluslararası folklor musiqisi müsabiqəsinin laureatıdır.
Geri dön