Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Ekskluziv > Tanınmış saz ifaçısı konsert proqramı ilə çıxış edəcək

Tanınmış saz ifaçısı konsert proqramı ilə çıxış edəcək


21-11-2016, 11:19. Yazar: Xeberaz

Tanınmış saz ifaçısı konsert proqramı ilə çıxış edəcək
Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində tanınmış saz ifaçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli aşıq musiqisindən ibarət solo konsert proqramı ilə çıxış edəcək.

Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Qərinələrdən gələn sazım” adlı konsert proqramında sənətkar aşıq musiqi nömrələri ilə yanaşı, xalq və bəstəkar mahnıları da ifa edəcək.

Qeyd edək ki, aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan F.Miskinli Türkiyə, Almaniya, İspaniya, Fransa və Macarıstanda keçirilən müxtəlif festivallarda Azərbaycanı xalq musiqisinin ifaçısı kimi təmsil edib. O, eyni zamanda Türkiyədə keçirilən Uluslararası folklor musiqisi müsabiqəsinin laureatıdır.


Geri dön