Ana Sayfa > Karusel / Siyasət / Dünya > Hulusi Akardan erməni deputata - “Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır”

Hulusi Akardan erməni deputata - “Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır”


20-11-2016, 21:22. Yazar: Xeberaz
Hulusi Akardan erməni deputata - “Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır”


“Bütün ölkələr “erməni soyqırımı” var desə də, soyqırımı olmadığı gerçəyini dəyişdirə bilməz”.

"Xəbəraz.az " xəbər verir ki, bunu NATO Parlamentar Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar bildirib.

“Erməni soyqırımını bəzi ölkələrin qəbul etməsi heç nəyi dəyişmir. Qaliley dünyanın öz oxu ətrafında fırlandığını, bütün dünya isə əksini deyirdi. Ancaq bu heç vaxt dünyanın dönməsi gerçəyini dəyişmədi. Buna görə də bütün ölkələr “erməni soyqırımı” var desə də, soyqırımı olmadığı həqiqətini dəyişdirə bilməz”,-deyə general Hulusi Akar erməni millət vəkili Koruyn Nahapetyanın “soyqırımı” ilə bağlı sualına cavabında qeyd edib.

Baş qərargah rəisi Türkiyənin Suriya və İraqın torpaqlarını ələ keçirmək istəməsi ilə bağlı erməni deputatın iddiasına da cavab verib: “Bu cür düşüncələrdə cahillik, pis zehniyyət var. Bizim heç bir şəkildə Suriya və İraqın torpaqlarında gözümüz yoxdur. Millət vəkili yalan danışır.

Türkiyə Silahlı Qüvvələrinin Hələblə bağlı heç bir planı yoxdur. Ora biz tərəfdən bir güllə belə atılmayıb. Belə bir məsələ müzakirə mövzusu belə deyil. Cənab deputat, bu gün təcili olaraq öz hərbi qaynaqlarına telefonla zəng edərək orada nə baş verdiyini öyrənməlidir. Hələbə Türkiyənin, Türkiyə Silahlı Qüvvələrinin tək bir güllə atdığını sübut edən olsa, mən istefa verərəm. Bu, yalan, tərbiyəsizlik, əxlaqsızlıqdır”.


Geri dön