Ana Sayfa > Karusel / İdman / M2 > Millimiz dünya çempionatında 2-ci qızıl medalı qazandı

Millimiz dünya çempionatında 2-ci qızıl medalı qazandı


20-11-2016, 14:00. Yazar: Xeberaz
Millimiz dünya çempionatında 2-ci qızıl medalı qazandı
Amerika Birləşmiş Ştatlarında veteran cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Milli.Az-a Azərbaycan Cüdo Federasiyasından daxil olan məlumata görə, M-1 kateqoriyası üzrə 100 kq çəkidə mübarizə aparan Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Veteran cüdoçumuz həlledici görüşdə Fransa idmançısı Aleksandre Ması məğlub edərək qızıl medal qazanıb. Bu kateqoriyada bürünc medallara ABŞ cüdoçusu Xaliffa Oliveyra və əlcəzairlli Əhməd Kebailli sahib olublar. Veteran cüdoçuların dünya çempionatına noyabrın 21-də yekun vurulacaq.
Geri dön